AZ

“Turan Tovuz” Rumıniya və Polşa klubları ilə qarşılaşacaq

Bakı, 6 yanvar, AZƏRTAC

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan “Turan Tovuz”un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi yanvarın 10-da Rumıniya “Hermanştadt”ı ilə qarşılaşacaq.

Yanvarın 17-də baş tutacaq ikinci oyunda isə rəqib Polşanın “Poqon” komandası olacaq.

Seçilən
89
1
azertag.az

2Mənbələr