AZ

Starmer: “Danimarka haqlıdır”

xəbər verir ki, öz mövqeyini“Sky News” telekanalına açıqlayan Kir Starmer Qrenlandiyanın gələcəyinin Danimarkanın özünə məxsus olduğunu deyib.

“Danimarka yaxın avropalı müttəfiqidir, NATO-nun yaxın müttəfiqidir. Ona görə də gələcək Qrenlandiyaya, Danimarka Krallığına və yalnız onlara məxsus olmalıdır. Mən Mette Frederikseni dəstəkləyirəm və o, Qrenlandiyanın gələcəyi barədə haqlıdır”,- Böyük Britaniyanın baş naziri vurğulayıb.

Danimarka və Qrenlandiya Trampa qarşı
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Aİ-nin öz müdafiəsini təmin etmək üçün Qrenlandiyanın ABŞ-yə təhvil verilməsinə ehtiyac duyulduğunu söyləyib. O, həmçininQrenlandiyanın ABŞ-nin müdafiəsi üçün də vacib olduğunu deyib.

“Danmarks Radio” radiostansiyasına müsahibədə Mette Frederiksen bildirib ki,“bir NATO ölkəsi digər NATO ölkəsinə hücum edərsə, hər şey bitəcək”.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də Trampın bəyanatlarını“hörmətsizlik” adlandıraraq,ABŞ hökumətini təhdidləri, təzyiqləri və ilhaq söhbətlərini dayandırmağa çağırıb.


Seçilən
37
1
azvision.az

2Mənbələr