AZ

2022-ci ildən bəri Ukraynada hərbi komissarlıq işçilərinə qarşı 272 hücum olub

2022-ci ilin fevral ayının əvvəlindən bəri Ukraynada ərazi komplektləşdirmə mərkəzlərinin (hərbi komissarlığın Ukraynada analoqu - red.) işçilərinə qarşı 272 hücum qeydə alınıb.

Herbiand.az bildirir ki, bu statistika Ukrayna mediası tərəfindən ölkənin Silahlı Qüvvələrinin quru qoşunlarının komandanlığına istinadən təqdim olunur.

Məlumata görə, bu hücumlar nəticəsində mərkəzin 4 əməkdaşı vəzifə başında olarkən həlak olub.

Qeyd edək ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevral ayında Rusiya ilə münaqişə başlayandan sonra elan edilib və bir neçə dəfə uzadılıb. Ukrayna media məkanında mülki şəxslərlə hərbi qeydiyyat və komissarlıq nümayəndələri arasında münaqişələri əks etdirən videolar müntəzəm olaraq yayımlanır. Ölkənin müxtəlif bölgələrində məcburi səfərbərlik halları sosial mediada geniş müzakirə olunur.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr