AZ

NBA: Türkiyəli basketbolçunun komandasından qələbə, lider öz meydanında uduzub

Bakı, 6 yanvar, AZƏRTAC

ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, türkiyəli basketbolçu Alpərən Şəngünün çıxış etdiyi “Hyuston Rokets” öz meydanında “Finiks Sanz”la qarşılaşıb və çətin qələbə qazanıb – 100:97.

Qərb Konfransının lideri “Oklahoma-Siti Tander” isə gözlənilmədən evdə “Şarlott Hornets”ə 97:124 hesabı ilə uduzub.

Digər matçlarda “Denver” “Filadelfiya”ya 125:124, “Portlend” “Yuta Caz”a 137:117, “Los-Anceles Klippers” isə “Qolden Steyt Uorriorz”a 103:102 hesabı ilə qalib gəlib.

Seçilən
76
azertag.az

1Mənbələr