ABŞ kəşfiyyatı bu qənaətə gəlib ki, Nikolas Maduronun ən yaxın müttəfiqləri Venesuelada müvəqqəti hökumətə rəhbərlik etmək üçün daha uyğun şəxslərdir.
"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ - CIA) hesabatı ABŞ-nin Venesueladakı hərbi əməliyyatından həftələr əvvəl prezident Donald Trampa təqdim edilib.
Təhlilçilər belə qənaətə gəliblər ki, 2024-cü il seçkilərinin faktiki qalibi hesab edilən müxalifət liderləri Edmundo Qonzales və Nobel mükafatı laureatı Maria Korina Maçado legitimliyi təmin və təhlükəsizlik qüvvələrinə nəzarət edə bilməyəcəklər.
Kəşfiyyat hesabatı Trampın Maçadonu deyil, yanvarın 6-da Venesuelanın müvəqqəti prezidenti kimi and içmiş vitse-prezident Delsi Rodrigesi dəstəkləmək qərarına təsir edib.
Hesabatda Rodrigezin və daha 2 yüksək rütbəli məmurun ölkədə “asayişi qorumağa” qadir olduğu bildirilib. Daxili işlər naziri Diosdado Kabello və müdafiə naziri Vladimir Padrino Lopes də mümkün namizədlərdir.
Telegram kanalımız