Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) gecə saatlarında Livanın müxtəlifərazilərinə aviazərbələrin endirildiyini təsdiqləyib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
IDF mətbuat xidmətinin məlumatına əsasən, aviareydlərdə başlıcaolaraq HƏMAS və Hizbullah qruplaşmaları tərəfindən istifadə olunaninfstruktur hədəfə alınıb.
IDF vurulan obyektlərin mülki ərazilərdə yerləşdiyinitəsdiqləyərək, terrorçu qruplaşmaların əhalidən canlı sipər kimiistifadə etmək strategiyasına diqqət çəkib.
Məlumata görə, aviazərbələrdən əvvəl yerli əhaliyə təxliyə iləbağlı xəbərdarlıq edilib.