AZ

Qara nöqtələri sıxmağınTƏHLÜKƏLƏRİ

Onkoloq Leonid Doronin bildirib ki, insanlar tez-tez yağ iplikləri ilə qara nöqtələri qarışdırır və onları düzgün çıxarmamaq ciddi problemlərə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, həkim öz teleqram kanalında xəbərdarlıq edərək, bu kosmetik problemlərlə özbaşına mübarizədən çəkinməyi tövsiyə edib.

Doronin izah edib ki, çıxarıldıqda açıq, yarı şəffaf iz buraxan qara nöqtələr əslində yağ iplikləridir. Dəri onları qoruyucu mexanizm kimi əmələ gətirir. Zorla çıxarmağa çalışmaq isə burunda iltihab yarada bilər.

Yağ ipliklərini üzünüzdən çıxarmaq üçün hidrofobik yağ, salisil turşusu, yumşaq piling və kömür maskalarından istifadə etmək mümkündür. Həkim xüsusilə yağsız dəriyə malik olanların hidrofobik yağdan faydalana biləcəyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Seçilən
82
1
redaktor.az

2Mənbələr