Bakının Nizami rayonunda azyaşlı uşaqları təhqir edən sərxoş kişi həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Q.Qarayev prospekti, 14 ünvanında baş verib.
1986-cı il təvəllüdlü Faiq Əmirov (ad-soyad şərti verilib – red.) ünvanında sərxoş halda ucadan nalayiq ifadələr işlədib, səs-küy salıb.
Bu barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə daxil olmuş məlumat əsasında həmin yerə getmiş Nizami Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyünün polis əməkdaşları tərəfindən o, 25-ci polis şöbəsinə aparılıb.
Həmin vaxt Əmirov hər hansı səbəb olmadan sərxoş halda öz hərəkətlərini davam etdirib və polis əməkdaşlarının ünvanına ucadan nalayiq ifadələr işlədib, səs-küy salaraq polis şöbəsinin iş rejimini pozmaqla xırda xuliqanlıq edib.