2-ci Liqa təmsilçisi “Xankəndi” klubunda baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, Qarabağ təmsilçisi gözlənilmədən mütəxəssis İbrahim Uzuncanı postundan uzaqlaşdırıb.
Qarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan Uzunca “Xankəndi"ndə uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub. Ona klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərmək tapşırılıb.
Klub yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəyini bəyan edib.
Qeyd edək ki, "Xankəndi" II Liqada 14 turda cəmi 1 məğlubiyyət acısı yaşayıb və 39 xalla şərikli liderdir.