Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatlar davam edir.
NOCOMMENT.az xəbər verir ki, məşhur Bebek otelin sahibi Muzaffer Yıldırım saxlanılıb.
Məlumata görə, otelin sahibi ilə yanaşı idarəetmə müdiri Arif Altunbulakda saxlanılıb.
Araşdırma çərçivəsində 26 nəfər barəsində axtarış və saxlanılma qərarı verilib. İstanbul başda olmaqla 4 şəhərdə gecə saat 01:00-da aparılan eyni vaxtlı əməliyyatlarda 23 nəfər tutulub, 2 nəfərin xaricdə olduğu, 1 nəfərin isə başqa cinayətdən həbsdə olduğu müəyyən olunub. Gözaltına alınanlar arasında sosial media fenomeni Burak Altındağ da var.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar zamanı daha əvvəl narkotik istifadəsi ilə bağlı istihbari məlumat daxil olan bir sıra restoran və otellər nəzarətə götürülmüşdü. Bunun ardınca Etilərdəki “Kütüphane” restoranları və Bebek Otel İstanbul Valiliyinin qərarı ilə 1 ay müddətinə fəaliyyətdən məhrum edilərək möhürlənmişdi.
Sara