AZ

Ərdoğan Trampla Venesueladan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq, Venesueladakı son hadisələrlə bağlı rəsmi Ankaranın narahatlığını qarşı tərəfə çatdırıb.

Bu barədə “CNN Türk” məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında məlumat verib.

Ərdoğan vurğulayıb ki, beynəlxalq hüququn görməzdən gəlinməsi və dövlətlərin suverenliyinin pozulması qlobal miqyasda ciddi təhlükələr yaradan addımlardır:

“Qanunun aliliyi əvəzinə güc amilinin ön plana çıxdığı dünyada qeyri-sabitlik və münaqişələrin yaranması qaçılmazdır. Venesuela xalqını dost hesab edirik və bu çətin dövrdə onları dəstəkləməyə davam edəcəyik”.

Xatırladaq ki, yanvarın 5-də Nyu-York federal məhkəməsində Venesuela lideri Nikolas Maduronun ilk dinləməsi keçirilib. Məhkəmənin qərarına əsasən, növbəti iclas martın 17-sinə təyin edilib.

"Cebheinfo.az" 

Seçilən
43
cebheinfo.az

1Mənbələr