ABŞ-ın Qrelandiyanın hərbi yolla ələ keçirilməsi ehtimalı istina deyil.
Ölkə.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində deyib.
Qrelandiyanın ABŞ-a məxsus olmasının zəruriliyi barədə danışan Miller bildirib ki, bu, ABŞ hökumətinin indiki administrasiyasının əvvəlindən bəri rəsmi mövqeyi olub: “Qrelandiya ABŞ-ın bir hissəsi olmalıdır. Prezident bu barədə çox aydın danışıb”.
Hər hansı bir ölkənin Qrelandiyayanın ABŞ-ın əlinə keçməsinə etiraz olaraq qoşun yeritməsi ehtimalı ilə bağlı sualı cavablandıran Miller bildirib ki, heç kim Qrenlandiyanın gələcəyi üçün ABŞ-la hərbi yolla döyüşməyəcək.
Miller həmçinin Danimarkanın adaya iddialarını da şübhə altına alıb.
"Əsas sual budur: Danimarka Qrenlandiya üzərində nəzarəti hansı əsasla iddia edir? Ərazi iddialarını hansı əsasla irəli sürür? Danimarka Qrenlandiyanı hansı əsasla öz müstəmləkəsi hesab edir?", - deyə o vurğuladı.
“Politici” nəşrinin yazdığına görə isə Tramp administrasiyası yaxın aylarda Qrelandiya ilə bağlı planlarını reallaşdırmaq niyyətindədir. Nəşr yazıb ki, Tramp Qrelandiya üzərində siyasi nəzarəti ABŞ-da ara seçkilər və 4 iyulda qeyd olunacaq Amerika müstəqilliyinin 250 illiyi ərəfəsində baş verə bilər.
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ-ın Qrenlandiyaya mümkün hücumunun NATO-nun sonu demək olacağını bildirib. O, hər kəsi Ağ Evin sözlərinə ciddi yanaşmağa çağırıb.
Mürtəza