AZ

"Tramp administrasiyası Qrenlandiya ilə bağlı razılaşma hazırlayır" - KİV

ABŞ Qrenlandiya ilə mümkün saziş üzərində işləyir. 

Missiya.Az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Bildirilib ki, Vaşinqton Qrenlandiya əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılmasını nəzərdə tutan Azad Birlik Sazişinin bağlanması imkanlarını müzakirə edir. ABŞ-nin Mikroneziya, Marşal Adaları və Palau ilə oxşar razılaşmaları mövcuddur.

Nəşrin yazdığına görə, Donald Tramp administrasiyasının məqsədi Danimarka ilə Qrenlandiya arasında gərginliyi artırmaq və Kopenhageni kənarda qoyaraq adanın yerli hakimiyyəti ilə birbaşa razılığa gəlməkdir. Bununla yanaşı, jurnal Qrenlandiyanın birbaşa ilhaqının real olmadığını qeyd edir.

Məlumata görə, ABŞ-nin Qrenlandiyada hərbi bazası fəaliyyət göstərir və mövcud razılaşmalar Amerika qoşunlarının sayına ciddi məhdudiyyət qoymur. Xatırladaq ki, yanvarın 4-də Donald Tramp ABŞ-nin milli təhlükəsizliyi baxımından Qrenlandiyaya nəzarətin vacib olduğunu bildirib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
51
missiya.az

1Mənbələr