Bakı. Trend:
Hazırda ölkədə qrip və kəskin respirator viruslarla bağlıepidemioloji vəziyyət nəzarət altındadır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyininmütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, infeksiyaların yayılmasını nisbətənazaltmaq məqsədilə artıq sentyabr ayından başlayaraq zəruriprofilaktik tədbirlər görülür. Bu tədbirlər iki əsas istiqamətdəaparılır: spesifik və qeyri-spesifik tədbirlər.
"Qrip və kəskin respirator virus infeksiyaları üçün epidemiolojifəsillilik xarakterikdir. Hər il payız və qış aylarında qrip dədaxil olmaqla bu tip infeksiyalara yoluxma hallarında təbii artımmüşahidə olunur. Kəskin respirator virusların yayılması ilə yanaşıqeyd etmək lazımdır ki, dekabr–fevral ayları məhz fəsli qripin pikdövrü hesab olunur. Nəzərə almaq lazımdır ki, qrip infeksiyasıdigər respirator viruslarla müqayisədə bəzi hallarda, xüsusən riskqruplarına daxil olan şəxslərdə daha ağır gedişə və fəsadlara səbəbola bilər. Məhz buna görə qripə qarşı peyvəndləmə işlərinə onungeniş yayılması başlamazdan əvvəl start verilir.
Sentyabr ayından etibarən Səhiyyə Nazirliyinin dəstəyi iləölkəyə gətirilmiş Avropa istehsalı olan yüksək effektiv vətəhlükəsiz qrip peyvəndləri ambulator-poliklinik yardım göstərəntibb müəssisələrində əhaliyə ödənişsiz, müraciət əsasında tətbiqolunur. Paralel olaraq, əhalinin, ilk növbədə risk qruplarınınpeyvəndləmə prosesində könüllü və aktiv iştirakını təmin etməkməqsədilə bütün vasitələrdən, o cümlədən mediadan istifadəolunmaqla geniş maarifləndirmə işləri aparılır.
Peyvənd olunmuş şəxs yoluxduğu halda xəstəlik əksər hallardaəlamətsiz və ya yüngül formada keçir, xüsusilə həssas qruplardainfeksiyanın gedişi daha mülayim olur və fəsadlara daha az rastgəlinir. Qripə qarşı peyvəndləmənin əsas məqsədi və hədəfi məhzrisk qrupuna daxil olan şəxslərin qorunmasıdır ki, onlarınyoluxaraq xəstələnməsi səhiyyə sisteminə əlavə yük yaratmasın. Buyanaşma beynəlxalq təcrübəyə əsaslanır və iqtisadi inkişaf etmişölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq edilir".
Mütəxəssis qeyd edib ki, qrip vaksini vurulduqdan sonra virusaqarşı immunitetin formalaşması üçün azı 2 həftə vaxt tələbolunur:
"Buna görə də peyvəndləmə üçün əsasən sentyabr–oktyabr aylarıdaha münasib hesab edilir. Bununla yanaşı, bütün epidemiolojimövsüm ərzində vaksinasiyanın aparılması məqsədəuyğundur və hazırdabu proses ölkə üzrə davam etdirilir.
İkinci istiqamət qeyri-spesifik tədbirlərdir ki, bu tədbirlərhava-damcı yolu ilə yayılan bütün infeksiyalar üçün universaldır.Bunlara respirator və əl gigiyenası qaydalarına riayət olunmasıdaxildir. Əhali bu barədə mütəmadi şəkildə maarifləndirilir. Yaxıntəmaslardan çəkinmək, zərurət olduqda maskadan istifadə etmək,qapalı məkanları tez-tez havalandırmaq, xəstə şəxslərin vaxtındaaşkarlanaraq izolyasiya edilməsi, asqırdıqda və öskürdükdə burnusalfet və ya dirsəklə örtmək, çirkli əllərlə ağız və gözlərətoxunmamaq, xüsusilə qida qəbulundan əvvəl əlləri ən azı 20 saniyəsabunla yumaq bu tədbirlər sırasındadır.
Bu sadə qaydalar yalnız o zaman effektiv nəticə verir ki, əhalitərəfindən kütləvi şəkildə icra olunsun. Aparılan maarifləndirməişlərinin əsas məqsədi ilk baxışdan bəsit görünən, lakineffektivliyi sübut olunmuş bu qaydalara hər bir vətəndaşın ciddiyanaşmasını təmin etməkdir. Bu məsələdə əhalinin məsuliyyəti vətövsiyələrə əməl etməsi həlledici rol oynayır".
Təyyar Eyvazov vurğulayıb ki, qeyd olunan tədbirlərə riayətetməklə qrip və digər kəskin respirator virus infeksiyalarınınqarşısını almaq mümkündür.