AZ

İcra başçısına 7 ay öncə müavin təyin edilmiş şəxs vəzifəsindən azad edilib

Yeddi ay öncə Oğuz Rayon İcra Hakimiyyəti başçısına müavin təyin edilən Osmanova Aliyə Arif qızı vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki,  A.Osmavova Oğuz RİH başçısının 19 may 2025-ci il tarixli Sərəncamı ilə başçının müavini və paralel olaeraq İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.

Hazırda vəzifə vakantdır.

Qeyd edək ki, Aliyə Osmanova Oğuz şəhərində anadan olmuş, 2001- 2017 illərdə Oğuz şəhər H. Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019 illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor , 2019 -ci ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Seçilən
29
banker.az

1Mənbələr