AZ

Ukraynalı “Neftçi” ilə müqaviləsinə xüsusi bənd saldırıb? – DƏQİQLƏŞDİ!

Bir müddət öncə Rusiya mətbuatında Yuri Vernidubun “Neftçi” ilə bağladığı müqaviləyə xüsusi bənd saldırması ilə bağlı xəbərlər dərc olunmuşdu.

Qonşu ölkə mətbuatının yazdığına görə, həmin bəndə əsasən, baş məşqçinin məsuliyyət dairəsinə daxil olan bütün məsələlərdə Rusiya klubları ilə istənilən formada əlaqələr tam istisna edilir. Bu, həm transfer siyasətinə, həm də Rusiya komandaları ilə mümkün yoldaşlıq oyunlarına aiddir.

“Neftçi”dən İdmanxeber.az-a verilən məlumata görə, ukraynalı çalışdırıcı onunla bağlanan müqaviləyə hər hansı bir xüsusi bənd saldırmayıb. Rusiya mətbuatının tirajladığı xəbərlər əsasssızdı.

Bu isə o deməkdir ki, “Neftçi” Vernidub dönəmində də Rusiya komandaları ilə istənilən formada əlaqə qura, yoxlama görüşləri keçirə bilər.

Seçilən
29
idmanxeber.az

1Mənbələr