Süni intellektlə pələng hücumu videosu düzəldən kişi 100 min rubl cərimələnəcək.
İnterpress.az xəbər verir ki, süni intellekt vasitəsilə hazırlanan (generasiya edilən) video əhali arasında təşvişə səbəb olub.
Primoryedə bir kişi Amur pələnginin hücumu ilə bağlı hazırladığı saxta videoya görə 100 min rubl (təxm. 2 100 man) məbləğində cərimələnə bilər.
Təbiət Resursları Nazirliyi məsələ ilə bağlı yoxlama apardıqdan sonra polisə şikayət ərizəsi təqdim edib.
Xuraman Etibarlı
İnterpress.az