AZ

Türkiyədə FETÖ-yə qarşı əməliyyat - 223 şübhəli saxlanılıb

Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirilib.Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib."FETÖ-nün "gizli strukturları" daxilində fəaliyyət göstərən, terror təşkilatının şifrələnmiş "ByLock" rabitə proqramından istifadə edən, təşkilat daxilindəki şəxslərlə taksofonlar vasitəsilə əlaqə saxlayan və əlaqəli müəssisələr vasitəsilə maliyyə dəstəyi göstərən 223 şübhəli saxlanılıb. Onlardan 87 nəfəri həbs edilib, 50 nəfərə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir",-nazir qeyd edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
36
18
missiya.az

10Mənbələr