ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Tesla”nın baş direktoru və tanınmış milyarder İlon Mask sosial şəbəkələrdə siyasi satira xarakterli paylaşımı repost etməklə yenidən diqqət mərkəzinə düşüb.
Bizimyol.info xəbər verir ki, söhbət guya tapılmış “Nikolas Maduronun telefonu”ndan və dünya liderləri ilə uydurma yazışmalardan gedir. Paylaşım açıq-aşkar yumor və istehza üzərində qurulub, heç bir halda real fakt kimi təqdim olunmayıb.
Satirik mətnə görə, həmin “telefon”da Ukrayna prezidenti Vladimir Zelenskinin Maduradan guya 500 milyon dollar borc istədiyi mesaj yer alıb. Digər “yazışmalar” arasında ABŞ prezidenti Donald Trampın Madurona ünvanlandığı iddia edilən qısa və ironik “çıx” mesajı da var.
Zarafat bununla bitmir. Guya Kanadanın sabiq baş naziri Maduronu istənilən vaxt ölkəsinə dəvət edib, Rusiya prezidenti isə “Razılaşma bağlayacağıq, amma Trampa demə” məzmunlu mesaj yazıb. Hətta Şimali Koreya liderinin Maduronu təhqir edən ifadələr işlətdiyi “yazışma” da satirik siyahıya daxil edilib.
İlon Maskın repost etdiyi bu paylaşım internet yumoru və siyasi qrotesk nümunəsi kimi təqdim olunur. Məqsəd real hadisələri əks etdirmək deyil, dünya siyasətindəki gərgin münasibətləri istehzalı formada qabartmaqdır.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.