AZ

Almaniya kansleri Rusiyanı Ukraynada müharibə cinayətlərində ittiham edib

Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynada müharibə cinayətləri törətdiyini bildirib.

Missiya.Az xəbər verir ki, o bu barədə “ZDF Heute”yə açıqlamasında deyib.

Kansler qeyd edib ki, Ukrayna humanitar enerji böhranı ilə üz-üzədir və Rusiya ölkənin enerji və mülki infrastrukturuna hücumları gücləndirir.

Merts vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin sülhdə maraqlı deyil və mülki obyektlərə qarşı hücumlara göstəriş verir.

"Müharibənin dayandırılması yalnız ABŞ və Avropanın Ukraynaya real təhlükəsizlik zəmanətləri verməsi ilə mümkündür",- deyə o əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
46
missiya.az

1Mənbələr