AZ

Daşqınlar nəticəsində 14 nəfər öldü

İndoneziyada Şimali Sulavesidə daşqınlar nəticəsində ən azı 14 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli Agentliyə istinadən məlumat yayıb.

Bölgənin qubernatoru Yulius Selvanus yüzlərlə yaşayış evinin və inzibati binanın dağıldığını bildirib.

Ötən gün Siau adasında (Siau Taqulandaq Biaro rayonu) daşqına səbəb olan leysan yağışlar başlayıb. Ən azı 444 nəfər yerli məktəblərə və kilsələrə təxliyə edilib. İtkin düşənlərin axtarışı xilasetmə işçiləri və könüllülər tərəfindən həyata keçirilir.

Seçilən
41
2
modern.az

3Mənbələr