Yanvar ayında Xərçəng bürcündə hərəkət edən Yupiterin təsiri ilə insanlar daha sakit, balanslı və təhlükəsizlik hissi yaradan bir həyata yönələcəklər. Astroloqların fikrincə, bu dövrdə ən çox qazananlar, artıq onları yoran mövzulardan uzaqlaşıb, həqiqətən önəmli olanlara fokuslana bilən bürclər olacaq.
Milli.Az xəbər verir ki, bu bürclər üçün yanvar ayı uzun müddətdir davam edən daxili mübarizədən sonra həyatla daha ahəngdar şəkildə irəlilədiklərini hiss etdikləri bir mərhələ ola bilər.
Xərçəng
Yanvar Xərçənglər üçün diqqəti yaymaq deyil, enerjini düzgün istiqamətləndirmək ayıdır. Bir neçə sahəyə eyni anda yetişməyə çalışmaq əvəzinə, prioritet seçmək daha faydalı olacaq. Yanvarın 26-da Neptunun yenidən Qoç bürcünə keçməsi ilə Xərçənglər karyera istiqamətində daha ciddi düşünməyə başlayacaq, etdikləri işin yalnız maddi deyil, mənəvi baxımdan da dəyərli olmasına önəm verəcəklər.
Bu dövrdə susaraq qoruduğunuz mövzular gündəmə gələ, ailə ilə bağlı açıq söhbətlər, yaşayış yeri və ya münasibətlərlə bağlı dəqiq qərarlar verilə bilər. Əsas olan dramatik yanaşmadan uzaq durub səmimi olmaqdır.
Əqrəb
Yupiterin Xərçəng bürcündəki mövqeyi Əqrəblərin dünyagörüşünü genişləndirir. Təhsil, səyahət, hüquqi məsələlər, mənəvi inkişaf və xarici əlaqələr ön plana çıxır. Bir çox Əqrəb üçün köçmək, ixtisasını dəyişmək, beynəlxalq əməkdaşlıq qurmaq və ya vaxtilə yarımçıq qalan bir ideyaya yenidən qayıtmaq gündəmə gələ bilər.
Ayın əvvəlindəki Tam Ay uzun müddətdir dəyişməyən düşüncə tərzinin artıq sizi sıxdığını göstərə bilər. Ətraf mühiti, ünsiyyətdə olduğunuz insanları və ya sizi geridə saxlayan inancları dəyişmək istəyi güclənəcək. Bu dövr köhnə vərdişlərlə vidalaşmaq üçün əlverişlidir.
Oxatan
Yanvarda Oxatanlar üçün maliyyə və paylaşım mövzuları ön plana çıxır. Kreditlər, borclar, ortaq gəlirlər və maliyyə razılaşmaları sahəsində dəstək almaq mümkündür. Bu dəstək tərəfdaş, bank, müştəri və ya yeni bir razılaşma şəklində özünü göstərə bilər.
Yupiterin geri hərəkəti səbəbilə əsas irəliləyiş tamamilə yeni başlanğıclardan deyil, mövcud vəziyyəti yaxşılaşdırmaqdan keçəcək. Eyni zamanda yaradıcılıq, romantika və sosial həyat canlana bilər. Ancaq emosiyalara qapılmadan, münasibətlərdə sabitlik, ideyalarda isə planlı hərəkət etmək vacib olacaq.
Balıqlar
Balıqlar üçün yanvar ayı sevinc, yaradıcılıq və həyat enerjisinin geri döndüyü bir dövrdür. Yeni ideyalar, münasibətlər, səyahət planları və ya hobbilər vasitəsilə ilham artacaq. Bu da qərar verməyi xeyli asanlaşdıracaq.
Saturnun təsiri Balıqlara xatırladır ki, özünəinam təriflərdən yox, verilən qərarların məsuliyyətini daşımaqdan yaranır. Empatiya ilə öz sərhədlərini qorumaq arasındakı balans əsas mövzu olacaq.
Fidan
Milli.Az