AZ

“Xankəndi” türkiyəli baş məşqçinin vəzifəsini dəyişdi

BAKI, 6 yanvar. TELEQRAF

“Xankəndi” Futbol Klubunda yeni kadr təyinatı həyata keçirilib.

Teleqrafarşılıqlı razılaşma əsasında klubun baş məşqçisi vəzifəsindən ayrılan türkiyəli mütəxəssis İbrahim Uzunca, “Xankəndi Futbol Akademiyası”nda uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Xankəndi” Futbol Klubunun yeni baş məşqçisinin kimliyi ilə bağlı yaxın günlərdə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Seçilən
70
1
teleqraf.com

10Mənbələr