
Özbəkistanda 2025-ci ildə 165 mindən çox sürücüyə cərimə balı verilib — Yol PolisiÖzbəkistanda cərimə balları sisteminin tətbiqindən sonra, 2025-ci ilin ilk yeddi ayında 165 mindən çox sürücüyə bal tətbiq edilib. Ulusum.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda üç sürücünün 7,5-8 cərimə balı var. Daha iki sürücü 6,5-7, 12 sürücü isə 5,5-6 bal toplayıb.Cərimə balları sisteminin tətbiqindən sonra Özbəkistanda yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb . 1 iyun - 30 oktyabr tarixləri arasında yol-nəqliyyat hadisələrinin ümumi sayı 6,3 faiz, sürücünün səhvi nəticəsində baş verən qəzaların sayı isə 31,2 faiz azalıb.R.Daşdəmirova
Diqqət Çəkənlər
Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Şarbon təhlükəsi: Bu simptomlara diqqət