AZ

Tramp adlarını açıqladı: Venesuelanı ABŞ-ın bu rəsmiləri idarə edəcək

ABŞ Prezidenti Donald Tramp Venesuelanı idarə edəcək bir qrup məmurun adını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə “NBC News”a verdiyi müsahibədə deyib.

Trampın sözlərinə görə, Venesuelanın idarə olunmasında aşağıdakılar iştirak edəcək: ABŞ dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, Ağ Ev aparatının rəis müavini Stiven Miller və ABŞ vitse-prezidenti Cey Di Vens.

Tramp deyib: "Bu qrup insanlar müxtəlif mənşə və peşə sahiblərindən gəlir. Onların təcrübələri var".

Sonda hər şeyə kimin məsul olduğunu soruşduqda, o, bir sözlə cavab verib: "Mən".

Seçilən
71
publika.az

1Mənbələr