Abşeronda kişi meyiti aşkarlanıb.
"Unikal" xəbər verir ki, Xırdalan şəhəri, “Quşçuluq” Y/M, Osman Sarıbəyli küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Xəlilli Turan İlham oğlu 5 yanvar saat 21 radələrində qohumları tərəfindən yaşadığı evin yataq otağında ölmüş vəziyyətdə aşkar edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.