Çeçenistan rəhbəri Ramzan Kadırovun 20 yaşlı oğlu Axmat Kadırov respublikanın vitse-premyeri vəzifəsinə təyin edilib.
Beləliklə, Axmat Kadırov eyni zamanda həm hökumətdə yüksək icraedici vəzifəni, həm də idman sahəsinə kuratorluğu davam etdirəcək.
Qeyd edək ki, Axmat Kadırov son illər Çeçenistanda idman və gənclər siyasəti istiqamətində ön plana çıxan fiqurlardan biri kimi təqdim olunur. Onun vitse-premyer təyinatı respublika rəhbərliyində gənc kadrların irəli çəkilməsi fonunda diqqət çəkir.