AZ

Mançester Yunayted in sabiq futbolçusu komandanı çalışdırmaq istəyir

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ole Qunnar Solskyaer müqavilənin müddətindən asılı olmayaraq, müvəqqəti baş məşqçi kimi "Mançester Yunayted"i "sükanı arxasına" keçmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkə hesabında paylaşım edib. 

Solskyaer məşqçi karyerası ərzində artıq bir dəfə, 2018-ci ildən 2021-ci ilə qədər "Mançester Yunayted"i çalışdırıb.

"Mançester Yunayted" isə baş məşqçi axtarışını davam etdirir. Komanda qarşıdakı iki oyunda Darren Fletçerin rəhbərliyi altında meydana çıxacaq. "Qırmızı şeytanlar" Premyer Liqada "Bernli", İngiltərə Kubokunda isə "Brayton"la üz-üzə gələcək. 

Qeyd edək ki, "Mançester Yunayted" dünən Ruben Amorimlə yolları ayırıb. Portuqaliyalı mütəxəssis 2024-cü ilin noyabrından 2026-cı ilin yanvarına qədər baş məşqçi postunu tutub. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
32
sport24.az

10Mənbələr