AZ

ABŞ neft şirkətlərini Venesuelaya göndərir: ...səbirsizliklə gözləyirik

ain.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Donald Trampın administrasiyasının səlahiyyətli şəxsləri Amerika neft şirkətləri ilə Venesuela ilə bağlı danışıqlara başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Evdən məlumat verilib.

Bbildirilib ki, artıq ABŞ-ın Enerji naziri Kris Rayt və Dövlət katibi Marko Rubio Prezident Tramp adından bu danışıqlara rəhbərlik edirlər.

Ağ Evin sözçüsü Karolin Livit faktı təsdiqləyib: "Prezident Trampın dediyi kimi, Venesuelada yeni investisiyalar və imkanlar üzərində Amerika neft şirkətləri ilə işləməyi səbirsizliklə gözləyirik".

Xatırladaq ki, Venesuelanın prezidentini həbs etdikdən sonra Tramp bu ölkənin özünün idarə edəcəyini, neft yataqlarını isə ABŞ şirkətlərinin nəzarətində işlədiləcəyini açıq şəkildə bəyan edib.

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
mia.az

1Mənbələr