AZ

Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi

Talant

Daşkənddə yaşayan yaradıcı rejissor və ədəbi-mədəni fəal Talant Tolerant klassik özbək ədəbiyyatının görkəmli nümayəndəsi **Abdulla Qahhar**ın zəngin irsinə diqqət çəkib.Talant Tolerant sosial şəbəkələrdə milli dəyərlər, ədəbiyyat və sənət mövzularında paylaşımları ilə tanınır. O, klassik ədəbi irsin təbliğini vacib sayır və bu kontekstdə Abdulla Qahhar yaradıcılığının daha geniş tanıdılmasının, xüsusilə gənc nəsillərə çatdırılmasının mühüm olduğunu vurğulayır.Son günlər Abdulla Qahharla bağlı fikirlər ədəbiyyat mühitində yenidən gündəmə gəlib. Yazıçı haqqında xatirələrdə onun aydın, dəqiq və prinsipial mövqeyi xüsusi qeyd olunur. Bildirilir ki, Abdulla Qahhar ədəbi məsələlərdə heç vaxt güzəştə getməyib və doğru bildiyini deməkdən çəkinməyib. Ədəbiyyatda istedad və səviyyə onun üçün əsas meyar olub.Halallıq və səmimiyyət yazıçının yaradıcılıq prinsiplərinin mərkəzində dayanıb. Bu səbəbdən o, kimliyindən asılı olmayaraq zəif yaradıcılığı açıq şəkildə tənqid edib, eyni zamanda istedadlı şair və yazıçıları daim qoruyub və müdafiə edib. Bu yanaşma ədəbi mühitdə məsuliyyət hissinin formalaşmasına ciddi təsir göstərib.Ulusum.az xəbər verir ki, Abdulla Qahhar poeziyanı dərindən anlayan, səviyyəsizliyə qarşı barışmaz mövqe sərgiləyən yazıçılardan olub. O, milli ədəbiyyatın inkişafına xüsusi önəm verib və “Özbək ədəbiyyatı gələcəkdə böyük ədəbiyyat olacaq” fikri ilə bu sahəyə olan dərin inamını ifadə edib.Qeyd edək ki, Abdulla Qahhar 1907-ci ildə anadan olub, 1968-ci ildə vəfat edib. 1960-cı illərdə ona Özbəkistanın Xalq yazıçısı fəxri adı verilib. Onun ədəbi irsi bu gün də aktuallığını qoruyur və milli ədəbiyyatın inkişafında mühüm rol oynayır.Ulusum.az / R.Daşdəmirova

Diqqət Çəkənlər

Avropada ən yüksək maaş verən ölkəyə çevrilib! Almaniya və Fransa buna yaxınlaşa bilmir

Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi

Şarbon təhlükəsi: Bu simptomlara diqqət

Seçilən
16
ulusum.az

1Mənbələr