
ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronu həbs etmək üçün Venesuela rəsmiləri ilə heç bir razılaşma olmadığını bildirib.
AFN.az xəbər verir ki, o, bunu "NBC News"a verdiyi müsahibədə bildirib.
Müxbirin "Maduronu devirmək üçün hər hansı Venesuela rəsmisi ilə hər hansı bir razılaşmanın olub-olmadığı" ilə bağlı sualına cavab olaraq Tramp bildirib:
"Çox adam sövdələşmə etmək istəyirdi, amma biz bunu bu şəkildə etməyə qərar verdik".
Ağ Ev rəhbəri əməliyyatın Maduronun yaxın ətrafının köməyi olmadan həyata keçirildiyini qeyd edib.
Trampın sözlərinə görə, Vaşinqton bu məsələdə Venesuela elitasının vasitəçiliyini qəsdən rədd edib.