AZ

Şeytani təsadüf: Maduronun məhkəməsində 93 yaşlı yəhudi hakimlik etdi

Bütün dünyanın diqqəti Venesuela Prezidenti Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ-da ilk məhkəmə qarşısına çıxmasına yönəlsə də, beynəlxalq mətbuatda təəccüblü bir məqam gündəm oldu.

Publika.az “Milliyyet”ə istinadla xəbər verir ki, ABŞ-a qarşı narkotik terrorizmi , kokain qaçaqmalçılığı ittihamları ilə üzləşdikləri məhkəmədə həm Maduro, həm də Flores dəfələrlə bütün ittihamları rədd edərək günahsız olduqlarını bəyan etdilər. Dünyanın nəfəsini kəsərək izlədiyi məhkəmə prosesi beynəlxalq mətbuatda da böyük əks-səda doğurdu.

ABŞ-da nəşr olunan " The New York Times" qəzeti məhkəmə iclası zamanı Maduro tərəfdarlarının binanın ətrafında təşkil etdiyi genişmiqyaslı etiraz aksiyasını ilk səhifəsində "Venesuelalıların səssiz əzabları" ifadəsindən istifadə edərək dərc edib.

Məqalədə deyilir: "Nyu-Yorkdakı etiraz adi görünsə də, qitələrdə yaşanan şəxsi yaralardan qaynaqlanır. Venesuela xalqı bölünüb: bir qrup liderlərinin günahsızlığına inanır, digəri isə ölkələrində dəyişiklik üçün ümidin olduğuna".

Yunanıstanın "Liberal" qəzeti Maduronun məhkəmədəki ifadəsi ilə bağlı hesabatında bildirib: "Venesuela liderinin tutulması Latın Amerikasında domino effekti yaradıb. Karakasda əslində kim ipləri çəkir? Bəzi şeyləri aşkar etmək çətin olacaq. Maduroya qarşı əməliyyatda şeytani xronoloji təsadüflər var: Panama hadisəsini xatırlayın. Bu gün məhkəmədə verilən bütün ifadələrin regiona təsirini yaxın günlərdə görəcəyik".

Seçilən
23
publika.az

1Mənbələr