
ABŞ Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında atışma xəbərlərini izləyir.
AFN.az xəbər verir ki, bu barədə "NBC" News agentliyi adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, rəsmilər hadisədə Vaşinqtonun iştirak etmədiyini iddia edirlər.
"ABŞ Venesuelada atışma xəbərlərini yaxından izləyir, lakin hadisələrdə iştirak etmir", - deyə mənbələr nəşrə bildiriblər.
Qeyd edək ki, Karakasdakı prezident sarayının yaxınlığında atışma baş verdiyi bildirilir.
Radio "Noticias Caracol" ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildirib.
Bildirilir ki, dronlar ərazinin üzərindən uçub və ehtimal ki, hava hücumundan müdafiə sistemlərini işə salıb.
Bu arada, Fransanın AFP xəbər agentliyi hökumət mənbələrinə istinadən vəziyyətin nəzarət altında olduğunu bildirib.