Azərbaycan Texniki Universitetində (AzTU) elmi-tədqiqat və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, prioritet elmi istiqamətlərin dəstəklənməsi və universitetin tədqiqat potensialının gücləndirilməsi məqsədilə keçirilmiş daxili qrant müsabiqəsinin qalib layihələri elan olunub.Müsabiqə çərçivəsində təqdim edilən layihə təklifləri müəyyən olunmuş qaydalara uyğun olaraq müstəqil ekspertlər tərəfindən qiymətləndirilib, elmi yenilik səviyyəsi, innovativ yanaşma, tətbiq imkanları, eləcə də gözlənilən elmi və sosial əhəmiyyət əsas meyarlar kimi nəzərə alınıb. Qiymətləndirmə nəticəsində müasir elmi çağırışlara cavab verən, yüksək elmi və texnoloji əhəmiyyətə malik layihələr qalib seçilib.Qalib layihələr mühəndislik, süni intellekt, informasiya texnologiyaları, kibertəhlükəsizlik, enerji, ətraf mühit, materialşünaslıq, xüsusi texnika və texnologiya və təhsil texnologiyaları kimi strateji əhəmiyyət daşıyan sahələri əhatə edir. Bu layihələrin icrası AzTU-da elmi-tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsinə, elmi nəticələrin tətbiq yönümlü inkişafına, innovasiya mühitinin möhkəmləndirilməsinə və elmi əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.Daxili qrant müsabiqəsi universitetin elm siyasətinə uyğun olaraq tədqiqat fəaliyyətinin sistemli şəkildə təşviq edilməsini, elmi potensialdan səmərəli istifadənin təmin olunmasını və beynəlxalq elm məkanında rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Layihələrin yerinə yetirilməsi 2026-cı il ərzində həyata keçiriləcək.Daxili qrant müsabiqəsi üzrə qalib layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin ümumi həcmi 1 285 150 manat təşkil edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


