AZ

Xəmneyi çemodanları toplayıb: İranın dini liderinin "B" planı

İranın ali dini lideri Ayətullah Əli Xəmneyinin ölkə daxilində etirazların təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alına bilməyəcəyi və ya ordunun əmrləri yerinə yetirməkdən imtina edəcəyi təqdirdə Tehranı tərk etməyə hazırlaşdığı iddia olunur. Britaniyanın The Times nəşrinə danışan kəşfiyyat mənbələrinin məlumatına görə, Hamaney ailəsi və ən yaxın çevrəsi ilə birlikdə ölkədən çıxış üçün “B planı” hazırlayıb. İddialara əsasən, bu plan Suriya lideri Bəşər Əsədin Moskva istiqamətindəki qaçış ssenarisini xatırladır.

“B planı”nın işə düşəcəyi şərtlər

Məlumata görə, 86 yaşlı Ayətullah Xəmneyi ordunun və təhlükəsizlik strukturlarının etirazçılara qarşı əmrləri icra etmədiyini və ya tərəddüd göstərdiyini görəcəyi halda paytaxtı tərk etməyə hazırdır. Plan yalnız Xəmneyinin özünü deyil, 20 nəfərə qədər ailə üzvünü və yaxın köməkçilərini də əhatə edir.

Xəbərdə Xəmneyininoğlu və mümkün varisi hesab edilən Müctəbanın da bu planın əsas fiqurlarından biri olduğu qeyd olunur. Keçmiş İsrail kəşfiyyat əməkdaşı Beni Sabti isə Xəmneyi potensial qaçış ünvanı kimi Rusiyanı, xüsusilə Moskvanı istisna etməyib.

Əsəd ssenarisi nümunə götürülüb

Kəşfiyyat mənbələri bildirir ki, plan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2024-cü ilin dekabrında müxalif qüvvələr Dəməşqi ələ keçirməzdən əvvəl Moskva istiqamətində ölkəni tərk etməsi nümunəsində hazırlanıb. Analitiklərə görə, Maduro hadisəsindən sonra avtoritar rejim liderləri üçün “təhlükəsiz çıxış” ssenariləri daha real müzakirə mövzusuna çevrilib.

“Sərvətlərini təhlükəsiz çıxış üçün toplayır” iddiası

Xəbərdə Xəmneyinin xaricdəki maliyyə aktivlərini, daşınmaz əmlaklarını və nağd ehtiyatlarını mümkün “təhlükəsiz çıxış” üçün bir araya topladığı da iddia olunur. Qeyd edilir ki, Xəmneyininnəzarətində olan “Setad” adlı qurum təxminən 95 milyard dollarlıq aktiv idarə edir. Bu aktivlərə müxtəlif şirkətlər və daşınmaz əmlak portfelləri daxildir.

Bundan əlavə, Xəmneyinin ən yaxın ətrafına daxil olan şəxslərin ailə üzvlərindən bəzilərinin ABŞ, Kanada və Dubayda yaşadığı da irəli sürülür.

İranda etirazlar davam edir

Son həftələr İranın müxtəlif şəhərlərində dərinləşən iqtisadi böhran fonunda etiraz aksiyalarının davam etdiyi bildirilir. Etirazçılar İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC), “Bəsic” qüvvələri, polis və ordunun aksiyaları dağıtmaq üçün canlı güllə, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etdiyini iddia edir.

Qərb kəşfiyyatının dəyərləndirməsinə görə, Hamaney ötən il İsraillə baş verən 12 günlük müharibədən sonra həm fiziki, həm də psixoloji baxımdan zəifləyib və son günlər ictimaiyyət qarşısına çıxmır.

Beynəlxalq narahatlıq artır

Ulusal İran–Amerika Şurasının (NIAC) rəhbəri Camal Abdi bildirib ki, Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən qaçırılması ilə bağlı iddialar beynəlxalq sistemdə qanunsuzluq mühitini gücləndirib:

“Yeni bir qanunsuzluq dalğası regionu daha da qeyri-sabit edir və müharibə riskini artırır.”

Seçilən
30
aznews.az

1Mənbələr