AZ

İlon Maskdan Venesuelaya pulsuz İNTERNET

İlon Mask, ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatdan sonra, ölkəyə öz şirkəti olan Starlink vasitəsilə bir ay müddətinə pulsuz internet verəcəyini açıqladı.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Mask Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ABŞ tərəfindən ölkədən çıxarılmasının ardından əməliyyata dəstək verən bir mesaj paylaşıb.

O, Maduro'yu "amansız bir tiran" adlandıraraq, Venesuelanın indi haqq etdiyi rifaha qovuşacağını ifadə edib.

Mask, həmçinin ABŞ Prezidenti Donald Trump-a da əməliyyatla bağlı təbrik mesajı göndərib. Bu paylaşım, aralarında narazılıq olduğu iddia edilən ikilinin münasibətləri baxımından diqqət çəkib. Mask, əməliyyatı dünya üçün böyük bir qələbə olaraq qiymətləndirərək, "Dünyanın hər yerindəki pis diktatorlara açıq bir mesajdır" deyə bildirib.

Nuriyyə NATİQQIZI

Seçilən
81
1
redaktor.az

2Mənbələr