
İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putindən İrana İsrailin ona hücum etmək niyyətində olmadığını çatdırmağı xahiş edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət teleradioşirkəti "Kan" məlumat yayıb.
İsrailin baş naziri və Rusiya lideri İranla İsrail arasında gərginliyin artdığı bir vaxtda yaxınlarda telefon danışığı aparıblar. Danışıqlar zamanı tərəflər qarşılıqlı mesajlar mübadiləsi ediblər. Kan-ın izahına görə, Netanyahu Tehranın Təl-Əvivin mümkün hücumunun qarşısını almaq məqsədilə qabaqlayıcı zərbə endirə biləcəyindən ehtiyat edir.
Bununla belə, Netanyahunun açıq bəyanatları Putinə etdiyi bu xahişlə ziddiyyət təşkil edir. İsrailin baş naziri tez-tez Ağ Evin rəhbəri Donald Trampdan İrana qarşı yeni sanksiyalar tətbiq etməyi xahiş edir. Eyni zamanda, Tehrana mümkün hücum məsələsində ABŞ hakimiyyətinin dəstəyinə ümid edir.
Məryəm Quliyeva