BAKI, 6 yanvar. TELEQRAF
BMT-nin baş katibi Antoniu Quterreş planlaşdırılandan daha tez ABŞ-a qayıdır.
Teleqraf xəbər verir ki, bu barədə təşkilat rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
Onun sözlərinə görə, BMT baş katibi təşkilatın mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka təcili qayıtmaq qərarı verib. Qeyd olunur ki, bu qərar ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı fonunda qəbul edilib.
Bu məqsədlə Quterreşin Lissabondakı proqramı qısaldılıb.