Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Almaniya hökuməti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin bəyanatlarına münasibət bildirib. Medvedev Venesuelada baş verən hadisələrdən sonra digər ölkə liderlərinə, o cümlədən Almaniya kansleri Fridrix Merzə qarşı da oxşar “ələ keçirmə əməliyyatı”nın mümkünlüyünü istisna etmədiyini deyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Sebastyan Xille brifinqdə jurnalistlərə açıqlamasında bildirib.
“Biz, əlbəttə ki, bu fikirləri nəzərə almışıq”, - deyə o qeyd edib.
Xille əlavə edib ki, kansler etibarlı və güclü şəkildə mühafizə olunur. O, xatırladıb ki, Merzin təhlükəsizliyinə görə məsuliyyət Federal Kriminal Polis İdarəsinin üzərinə düşür.
Yanvarın 4-də Rusiya mətbuatına müsahibəsində Dmitri Medvedev Venesueladakı son hadisələrdən sonra digər ölkələrin liderlərinə qarşı da ələ keçirmə əməliyyatını təsəvvür edə bildiyini söyləyib. O, Fridrix Merzin adını xüsusi çəkərək, belə bir ssenarinin “karnaval serialı üçün maraqlı süjet dönüşü” ola biləcəyini deyib və bunun müəyyən qədər “realist” tərəfinin olduğunu iddia edib.
Yanvarın 3-də isə Venesuelanın xarici işlər naziri İvan Pinto ABŞ-ın Karakasda mülki və hərbi obyektlərə zərbələr endirdiyini açıqlayıb. O, Vaşinqtonun addımlarını hərbi təcavüz adlandırıb. Ölkədə fövqəladə vəziyyət elan olunub. ABŞ prezidenti Donald Tramp Amerikanın Venesuelaya genişmiqyaslı zərbələr endirdiyini təsdiqləyərək, respublika lideri Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə ələ keçirilərək ölkədən çıxarıldığını bildirib.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.