"Qəbələ" klubu ilk transferini reallaşdırıb.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar" Seydina Keytanı heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Onunla 6 ay + 1 illik müqavilə imzalanıb.

Keytanın son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarında çıxış edib..

Qeyd edək ki, o, "Qəbələ"də "33" nömrəli formada çıxış edəcək.