Venesuela müxalifət lideri və 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado prezident Nikolas Maduronun həbsindən iki gün sonra Amerikanın "Fox News" kanalına verdiyi müsahibəsində deyib ki, Venesuelaya mümkün qədər tez qayıtmağı planlaşdırır. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, xanım Maçado həmçinin Venesuelanın müvəqqəti prezidenti kimi and içən Delsi Rodrigezi sərt tənqid edərək, onun Venesuela hökumətinə aid edilən işgəncələrin əsas memarlarından biri olduğunu iddia edib. Xanım Maçado qeyd edib:
“Azad və ədalətli seçkilərdə səslərin 90%-dən çoxunu qazanacağıq, buna şübhəm yoxdur. Biz Venesuelanı Amerikanın enerji mərkəzinə çevirəcəyik, qanunun aliliyini təmin edəcəyik, bazarları açacağıq, xarici investisiyalar üçün təhlükəsizliyə ehtiyacımız olacaq”
Qeyd edək ki, xanım Maçado Nikolas Maduro hökuməti tərəfindən 2024-cü ilin iyul ayında keçirilən prezident seçkilərində iştirak etmək hüququndan məhrum edilmişdi. Onun yerinə qısa müddətdə Edmundo Qonsales Urrutia namizəd kimi təyin olunmuşdu. Nikolas Maduro Milli Seçki Şurası (CNE) tərəfindən qalib elan edilmişdi və kiberhücum səbəbindən seçkinin ətraflı nəticələrini heç vaxt açıqlanmamışdı.
Aydın Baxış