Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransanın məşhur "LeMonde" qəzetində "Qrenlandiya: Amerikanın ilhaq qorxusu" başlıqlı məqalə dərc olunub. Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, mətndə "Venesuelaya hücum edib prezident Nikolas Maduronu qaçırdıqdan sonra ABŞ 56 min əhalisi olan Danimarka muxtar ərazisi olan Qrenlandiyanı nəzarətə götürməyə hazırlaşırmı?" sualına cavab axtarılır. Qeyd olunur ki, ABŞ-nin Venesuelaya hərbi müdaxiləsindən sonra qrenlandiyalılar, danimarkalılar və avropalılar Ağ Evin növbəti hədəfinin Donald Trampın ilk müddətindən bəri arzuladığı muxtar Danimarka ərazisi olacağından qorxurlar. Çünki Amerika prezidentinin son açıqlamaları Danimarka üçün qorxuları artırır. Yanvarın 4-də "The Atlantic" jurnalına verdiyi müsahibədə Donald Tramp ölkəsinin Qrenlandiyaya mütləq ehtiyacı olduğunu bir daha təsdiqlədi və bir neçə saat sonra adanın qayğısına qalacağını və iyirmi gün ərzində bu barədə müzakirə aparmağa hazır olacağını bildirdi. Bu sirli açıqlamalar daha da narahatedicidir, çünki bir gün əvvəl Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Miller "X" platformasında üzərinə Amerika bayrağının rənglərində Qrenlandiyanın xəritəsini yerləşdirib və ardınca "Tezliklə " şərhini yazıb. Danimarka Kral Müdafiə Kollecinin dosenti Peter Viqqo Yakobsen qeyd edib ki, bu, Venesuelada baş verənlərlə Qrenlandiyada baş verə biləcək hadisələr arasında birbaşa əlaqə yaradan bir mesajdır".
Aydın Baxış
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.