futbolpress-az saytına istinadən ain.az xəbər verir.
“Qarabağ”da transfer hərəkətliliyi artıb.
Futbolpress.az-ın məlumatına görə, Azərbaycan çempionu qış transfer dönəmində heyətinə azı üç oyunçu qatmağı planlaşdırır. Qurban Qurbanov hücumun mərkəzinə və cinahlarına, eyni zamanda yarımmüdafiənin mərkəzinə yeni oyunçular istəyib.
“Qarabağ”ın əsas diqqəti Portuqaliya və İspaniya “bazarındadır”. Klub əsasən aşağı liqalarda çıxış edən potensiallı cənubi amerikalıları nəzərdən keçirir. “Qarabağ” daha əvvəl hər iki ölkənin aşağı liqa komandalarından uğurlu transferləri ilə diqqət çəkib. Azərbaycan çempionu bu dəfə də uğurlu seçim arzusundadır.
“Qarabağ” Premyer Liqada ilk dövrəni ikinci sırada bitirib. Komanda Çempionlar Liqasında da pley-off şanslarını saxlayır. Qurbanovun kollektivi yanvarın 21-də Bakıda Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.