ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin Nyu-Cersi ştatında hüquq-mühafizə orqanları musiqi mağazasına daxil olaraq gitaraları sındıran və ətrafda xaos yaradan meymunu saxlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.
Mağaza rəhbərliyinin bildirdiyinə görə, Mərkəzi və Cənubi Amerikaya məxsus "darçın rəngli" kaputsin cinsindən olan meymun bazar günü Morristaun şəhərində yerləşən ticarət mərkəzindəki musiqi mağazasına girərək oradakı gitaralara ciddi ziyan vurub.
Nəşrin məlumatına əsasən, yanvarın 4-də səhər tezdən müşahidə kameraları vasitəsilə hadisəni görən mağaza sahibləri dərhal polisə müraciət ediblər.
Təhlükəsizlik əməkdaşları uzun müddət ərazidə pusqu qurublar. Meymunu yalnız axşam saatlarında tutmaq mümkün olub.
İlkin ehtimallara görə, meymun Alabama ştatında yerləşən fermalardan birindən oğurlanıb və sonradan qaçmağa müvəffəq olub. ABŞ Kənd Təsərrüfatı Nazirliyi heyvanın tapılması və saxlanılması barədə onun sahibini məlumatlandırıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.