AZ

“Qiyamət buzlağı” hərəkətə keçdi – bütün dünya üçün təhlükə

Antarktidada beynəlxalq elmi missiya uzun müddətdir alimlərin "Qiyamət buzlağı" adlandırdığı Tüeyts buzlağının vəziyyətini araşdırmağa başlayıb.

Musavat.com xəbər verir ki, əldə olunan ilkin məlumatlar ciddi narahatlıq doğurur: buzlaq sürətlə hərəkətə keçib və sabitliyini itirir.

Peyk müşahidələri göstərir ki, okeanın nisbətən isti suları buzlağın alt qatını aşındırır. Nəticədə buz kütləsinin altında boşluqlar və dərin çatlar yaranır, bu isə Tüeytsin dayanıqlığını xeyli zəiflədir. Alimlərin qiymətləndirməsinə görə, proses mövcud templə davam edərsə, buzlaq geri dönməz dağılma mərhələsinə keçə bilər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, Tüeyts buzlağı tam ərisə, Dünya okeanının səviyyəsi təxminən 60 santimetr yüksələ bilər. Ən pessimist ssenaridə isə bu göstərici 3-5 metrə qədər arta bilər ki, bu da sahilyanı şəhərlər və bütöv ölkələr üçün fəlakətli nəticələr vəd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
113
1
olaylar.az

2Mənbələr