AZ

Trampdan İranla bağlı son dərəcə təhükəli ismarıc: “Make Iran Great Again” şlyapası - Növbədə İrandır?

ABŞ siyasətində yeni qalmaqal yaşanıb. Prezident Donald Tramp və respublikaçı senator Lindsey Qrem üzərində "Make Iran Great Again" ("İranı yenidən böyük edək") yazısı olan şlyapa ilə birgə foto çəkdiriblər.

Musavat.com xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılarkən ABŞ daxilində və beynəlxalq mediada ciddi rezonans doğurub. Fotoda Tramp və Qremin birlikdə həmin şlyapanı tutaraq kameraya poz verdikləri görünür. Məlumata görə, şlyapa şəxsən Donald Tramp tərəfindən imzalanıb.

Sözügedən ifadə Trampın məşhur "Make America Great Again" şüarının dəyişdirilmiş forması kimi qiymətləndirilir və Vaşinqtonun İran siyasətinə açıq mesaj kimi şərh olunur. Bu addım bir sıra analitiklər tərəfindən ABŞ-nin Tehrana qarşı sərt xəttinin simvolik nümayişi kimi dəyərləndirilir.

Hadisə ABŞ siyasi dairələrində birmənalı qarşılanmayıb. Bəzi siyasətçilər və şərhçilər bunu açıq provokasiya adlandıraraq, regionda gərginliyi daha da artıracaq jest kimi qiymətləndiriblər. Digər tərəf isə Trampın bu yolla öz tərəfdarlarına və beynəlxalq ictimaiyyətə siyasi mesaj verdiyini iddia edir.

Qeyd edək ki, son dövrlər ABŞ-İran münasibətlərində gərginlik yenidən artıb və Trampın adı bu proseslərdə tez-tez hallanır. "Make Iran Great Again" şlyapası ilə çəkilən bu foto isə artıq siyasi simvola çevrilərək geniş müzakirələrə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
40
olaylar.az

1Mənbələr