AZ

Baydenin pensiyası ABŞ prezidentləri arasında rekorddur: bu qədər alır

ABŞ-nin sabiq prezidenti Co Bayden illik təxminən 417 min dollar məbləğində pensiya alır. Bu rəqəm onun Ağ Evdə prezident olduğu dövrdəki rəsmi maaşından da yüksəkdir.

Musavat.com xəbər verir ki, bu barədə The New York Post yazır. Məlumata görə, Baydenin aldığı məbləğ bir neçə dövlət ödənişinin cəmlənməsi nəticəsində formalaşıb. Onun uzunmüddətli siyasi karyerası - əvvəl senator, daha sonra vitse-prezident və nəhayət prezident kimi fəaliyyəti - hər mərhələdə ayrıca sosial təminat və güzəştlər qazandırıb.

Nəticədə, bütün bu ödənişlər birləşərək ABŞ prezidentləri arasında ən yüksək pensiya göstəricisini formalaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr