BAKI, 6 yanvar. TELEQRAF
Real dünyanın qanunları göstərir ki, həqiqi dünya güc və qüdrət ilə idarə olunur.
Teleqraf xəbər verir ki, bunu ABŞ Ağ Evinin aparatının müavini Stiven Miller Venesueladakı əməliyyatı şərh edərkən "CNN" kanalına bildirib.
"Biz beynəlxalq protokollar və digər qaydalar barədə nə qədər istəsək danışa bilərik. Amma biz həqiqi dünyada yaşayırıq, dünya güc və qüdrət tərəfindən idarə olunur", - Miller qeyd edib.
O əlavə edib ki, məhz güc və qüdrət bu dünyanın dəmir qanunlarıdır.