AZ

Sensasiya: Almaniya kəşfiyyatı illərlə Obamanı dinləyib?

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ABŞ-ın sabiq prezidenti Barak Obamanın vəzifədə olduğu dövrdə onun telefon danışıqlarını illərlə dinləyib.

Ölkə.az xəbər verir ki, bu brədə “Die Zeit” qəzeti məlumat yayıb.

Məlumata əsasən, izləmə Obamanın hökumət təyyarəsi “Air Force One”un göyərtəsində olduğu zaman aparılan zəngləri də əhatə edib.

Qəzetin mənbələrinin bildirdiyinə görə, BND danışıqlara çıxışı ona görə əldə edə bilib ki, təyyarədə rabitənin şifrələnməsi kifayət qədər etibarlı olmayıb. Obamanın telefon əlaqələri üçün alman kəşfiyyatına məlum olan təxminən on müxtəlif tezlikdən istifadə edilib ki, bu da danışıqların mütəmadi izlənməsinə imkan verib. Əksər hallarda söhbətlər ABŞ prezidentinin digər ölkələrin liderləri və öz administrasiyasının üzvləri ilə apardığı danışıqlar olub.

“Bir nömrəli göyərtə”də (ABŞ prezidentin təyyarəsi belə adlanır - red.) rabitə kanallarının nə vaxt komprometasiya edildiyi dəqiq məlum deyil - bu, hətta Obamadan əvvəlki prezident Corc Buşun dövründə baş verə bilərdi.

Məlumata görə, dinləmə 2014-cü ildə dayandırılıb. Buna səbəb Almaniya kəşfiyyatının ABŞ-nin sabiq dövlət katibi Hillari Klintonun telefon danışıqlarını da dinləmiş ola biləcəyi barədə məlumatların üzə çıxması olub. Bundan sonra Almaniya hökuməti bu cür fəaliyyətlərin dərhal dayandırılması barədə göstəriş verib.(musavat)

Seçilən
36
1
olke.az

2Mənbələr