“Formula-1”dəki “Racing Bulls” komandasının baş direktoru Peter Bayer Liam Lousonun müqaviləsinin uzadılması ilə bağlı məsələyə şərh verib.
İdman.Biz-in məlumatına görə, Bayer hesab edir ki, Louson komandaya yaxşı uyğunlaşır.
“Biz onu Zandvortdakı məşhur gündən (o, Rikardonu əvəz edəndən) tanıyırıq. O, artıq ehtiyat sürücümüz idi və həmişə komandaya yaxşı uyğunlaşırdı. Açığı, nəticələr baxımından onun performansının sabitləşdiyini görürük və düşünürəm ki, bu, bizim üçün ən vacib şey idi. Ona gələn il üçün yer vermək qərarı verildikdə, bu, əsas faktor idi.
Biz (o, Red Bull-dan gəldikdən sonra) tez uyğunlaşdıq və bu, komandamızın güclü tərəflərindən biridir. Hamı başa düşür ki, bu, baş verə bilər. İstedadları inkişaf etdirməyə davam etdiyimiz üçün hətta mövsüm ərzində belə dəyişikliyə diqqət edirik. Heç kim panikaya düşmür, heç kim “Aman Allahım! Yeni pilot” demir. Bizim üçün həmişə belədir: “Yaxşı. Gəlin Liam üçün bir yer tapıb onu geri gətirək.”
O, bizim fəlsəfəmizə yaxşı uyğun gəlir. o, uzun illərdir “Red Bull”un gənclər proqramının bir hissəsidir və açığı, keçən il hər şeyi düzgün edib. Uğursuzluqlara və çətinliklərə baxmayaraq, yarış tempinə gəldikdə, bir neçə yarışda İsakdan (Hacar) daha sürətli idi. Onun seçmə tempinin üzərində işləməliyik, amma potensial böyükdür” - deyə Bayer “RacingNews365” bildirib.